Loqo Dizaynı, Loqo Hazırlanması
loqolarin hazirlanmasi

Loqo dizaynı

Loqo, bir məhsul, xidmət və ya qurumu təmsil etmək məqsədilə istifadə edilən, bütöv bir quruluşa malik zahiri simvol və ya qrafiki işarələrdir. Loqo, loqotip və emblem anlayışları çox tez-tez qarışdırılan anlayışlardır. Loqotip, marka adının xüsusi bir tipoqrafiq və ya qrafik forma ilə simvollaşdırılmış şəklidir. Google, Yahoo və Coca-cola loqoları loqotip üçün yaxşı bir misaldır.

Loqo lazımdır, çünki hədəf auditoriyaya çatmağın ən sürətli və ən qısa yolu vizual elementlərdən istifadə etməkdir. Bildiyiniz bir şirkətin adını eşitdikdə ağlınıza ilk nə gəlir? Əlbəttə ki bu markaların loqoları. Bir loqo şirkətin korporativ stilinin ən önəmli ünsürüdür. Bu nöqteyi nəzərdən loqo bu qədər önəmli və xüsusi diqqət tələb edən mövzudur.

 
Loqo tanınmaq üçün çox önəmlidir.

Loqo istər kiçik istər böyük ölçüdə olduqda cəlb edici olmalıdır. İnsanlar loqonuzu asanlıqla görə bilməlidir. Sadə və aydın loqoya üstünlük vermək, göz yorucu və çətin qavranılan loqo seçimindən daha məqsədə uyğundur.

Loqo şirkəti təmsil edir.

Nike-ın loqosunun bu qədər uyğun loqo olmasının səbəbi şirkətin məqsədini düzgün şəkildə özündə əks etdirməsidir. Ümümiyyətlə Nike qədim Yunan dilində “zəfər tanrısı” mənasına gəlir. Nike-ın loqosunda “swoosh” sürəti və uçmağı təmsil edir.

Loqo müştəri sədaqəti üçün önəmli amildir.

Araşdırmalara görə insanlar uğur qazanmış markalara qarşı daha da sədaqətli olur. Versace-nin müştəriləri markanın loqosu olan bütün məhsullarını (saat, geyim, ətir və s.) almaq istəyirlər. Yəqin ki fikir vermişiniz; Apple istifadəçiləri Apple loqolu stikerləri bir çox əşyalarının üzərinə yapışdırırlar.

Loqo növləri

Monogram

Chanel, HP, LG, Gucci kimi markaların monoqram loqo növündən istifadə ediblər. Gördüyünüz kimi bu tip loqolar uzun adların qısaldılmış formasıdır. 2-3 sözün sadəcə baş hərflərindən istifadə edilərək əldə edilən Monogram loqoların başlıca özəlliyi olduqca sadə olmasıdır.

Monogram loqolarda istifadə edilən font da böyük rol oynayır. Unutmaq olmaz ki, loqonun təməl ünsürlərindən biri fontdur. Əgər bu loqo yeni yaradılmış şirkətə məxsus olacaqsa loqonun altından şirkətinizin adını tam olaraq yazmağınız məqsədə uyğundur.

Loqotype

Monogram loqoya bənzədilən və bəzən qarışdırılan "Loqotype" loqolarda markanın adından ibarət olur. Coca-Cola, Google, MasterCard bu tip loqolar ən populyardır.

Əgər markanın adı yadda qalandırsa Loqotype sizin üçün uyğun loqo tipidir. Məsələn: geyim markası üçün loqo hazırlayırsınızsa zərif və cəlb edici yazı tipindən istifadə edə bilərsiniz.

 

Pictorial loqo

İkon (icon) olaraq da bilinən bu tip loqolar qrafik əsaslıdır. Bu tip loqolara ən məşhur misal Apple şirkətinin loqosunu göstərmək olar. Pictorial loqolarda markanın adı deyil onu təmsil edən hər hansı təsvir olur.

Mücərrəd loqolar.

Pictorial loqo növünə bənzəsə də alma və ya quş əvəzinə həndəsi fiqurlardan istidə edilərək mücərrəd loqolar hazırlanır. Nümunə olaraq: Adidas, Pepsi, BP şirkətlərinin loqolarını göstərmək olar.

Teqlər:

Domen almaq

Hostinq almaq

Veb sayt sifarisi

Veb sayt sifarişi

Web saytlarin hazirlanmasi

Web saytların hazırlanması

Saytların yığılmasl

Veb saytların hazırlanması

Veb saytlarin hazirlanmasi

Saytların hazırlanması

Saytlarin hazirlanmasi

Saytların yığılması

Sayt sifarişi

Sayt nədir

Veb sayt

Web sayt

Sayt

Sayt sifarisi

Saytlarin yigilmasi